Şakira: ''Oğlum bilir ki, mən tərpənmədən dayana bilmirəm'' - FOTOLAR

Şakira:
MAQAZİN
08:05 15.10.2012
4301
Oktyabrın 14-də dünya şöhrətli müğənni Şakira “Baku Crystal Hall” səhnəsində solo konsert proqramı ilə çıxış edib.
Konsert Azərbaycan Dövlət Neft Şirkətinin maliyyə dəstəyi, “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutub.Şakira Bakı səhnəsində konsertinin yüksək səviyyədə keçirilməsi üçün ölkəmizə 75 nəfərlik heyətlə gəlib, proqramın hazırlıq işlərinə böyük komanda cəlb olunub. Konsertdə əvvəlcə qonaq qismində iki dəfə “Qrammy” mükafatı laureatı olan Meloni Fyona çıxış edib və sevilən mahnılarını təqdim edib.M.Fyonanın çıxışdan sonra 30 dəqiqəlik fasilə verilib. Şakira qara geyimdə və xüsusi işıqlar arasından səhnədə görünüb. Müğənni “Baku Crystal Hall” səhnəsində özünün azərbaycanlı pərəstişkarlarına müxtəlif vaxtlarda işıq üzü görmüş albomlarına daxil olan mahnılarını təqdim edib. Dünya estradasının tanınmış ulduzunun ifası lazer şousu ilə müşayiət olunub.Şakira “Baku Crystal Hall”un səhnəsində ana olmağa hazırlaşdığı üçün hərəkət məhdudiyyəti yaşayıb. Jestlərindən açıq-aydın görünüb ki, müğənni daha çox körpəsinin qayğısına qalır və rəqslərinə məhdudiyyət qoyur. Amma Şakira səhnədə qısamüddətli rəqsləri ilə tamaşaçılarının alqışlarını qazanıb.Azərbaycanlı tamaşaçıları salamlayan müğənni bu gecə tək gəlmədiyini qeyd edib: “Xüsusi kampaniyada gəldim və oğlum bu möhtəşəmliyi hiss edir. Bilir ki, mən tərpənmədən dayana bilmirəm, amma bu gecə ehtiyatlı olmağa çalışacağam. Bir az yavaş oynamaq lazımdır. Bu səhnədə çıxış etməyimdən çox məmnunam. Hazırda çox həyəcanlıyam”.Müğənni Bakı səhnəsində ilk olaraq ən çox sevilən hitlərindən olan “Whenever wherever” mahnısını ifa edib, daha sonra “Loca”, “La tortura””, “Hips don`t lie”, “Waka waka”, “Rabiosa” mahnıları ilə davam edib.Dünyanın bir çox şəhərlərində çıxış etdiyini xatırladan müğənni Bakıdakı konsertindən məmnunluğunu ifadə edib. “Baku Crystal Hall”un səhnəsində quraşdırılan xüsusi ekranlarda müğənninin bir neçə formada olan görüntüləri də yayımlanıb.Konsertdə Şakiranı izləmək üçün xarici ölkə vətəndaşları da olublar.Şakira 50 dəqiqə ərzində həm oxuyub, həm də gitarada bacarığını nümayiş etdirib.Qeyd edək ki, son ay ərzində dünyanın üç məşhur müğənnisi Bakıda konsert proqramı ilə çıxış edib. Onlar Jennifer Lopez, Rihanna və Şakiradır.Hər üç müğənni “Baku Crystal Hall”da xüsusi konsert proqramı ilə çıxış ediblər.Xatırladaq ki, sonuncu çıxışçı olan Şakira hamilə olduğundan bu ərəfədə bütün çıxışlarını təxirə salıb, yalnız Bakıdakı çıxışını qüvvədə saxlayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırılır - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et