Müğənni Şakira əri Jerar Pike ilə birgə yaşadığı Barselonadakı evini satışa çıxarıb. 2001-ci ildə 3,3 milyon dollara aldığı mülkü ifaçı 11, 5 milyon dollara satır. Villada diqqət çəkən amil orada türkiyəli müğənni Mustafa Sandalın Şakiraya verdiyi sazın olmasıdır. Evin əsas otaqlarından birində bəzək kimi qoyulan sazı Mustafa Şakiraya 2005-ci ildə görüş zamanı hədiyyə edib. Axşam.az