Dünya şöhrətli müğənni Şakira "MTV Video Music Awards" mərasimində bıçaqla rəqsi ilə sosial şəbəkədə səs-küy yaradıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, musiqi dünyasının ən yaxşılarının seçildiyi MTV Video Musiqi Mükafatları qaliblərini tapıb.
Gecədə Maykl Cekson Pioner Mükafatına layiq görülən latın müğənni Şakira rəqs performansı ilə sosial mediada trend mövzusuna çevrilib.
Şakira mükafatlandırma mərasimində 'She Wolf', 'Objection', 'Hips Don't Lie' və 'When, Wherever' kimi hitlərindən ibarət qarışıq musiqiləri ifa edib.
Xatırladaq ki, iki övladı olan və 12 il birlikdə olan yaşadığı Xerard Pikeylə ötən il münasibətlərinə son qoyan Şakira "Music Sessions Vol 53" adlı əsərini Pikeyə həsr etdiyini bildirib.
O, bu mahnısı ilə Ginnesin Rekordlar Kitabına düşüb.
Ayşən