Salah Ronaldu ilə komanda yoldaşı ola bilər

Salah Ronaldu ilə komanda yoldaşı ola bilər
İDMAN
19:38 10.12.2025
106
İngiltərənin "Liverpul" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Salah Kriştianu Ronaldu ilə komanda yoldaşı ola bilər.

Portuqaliyalı forvardın çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandası 33 yaşlı hücumçunu heyətinə cəlb etmək niyyətindədir.

Bu ölkənin "Əl-Hilal", "Əl-İttihad", "Əl-Əhli" və "Əl-Qadisiya" klubları da Salahla maraqlanır.

Oyunçunun hazırda Mersisayd təmsilçisində işləri qaydasında getmir. O, UEFA Çempionlar Liqasının əsas mərhələsində "İnter"ə İtaliyada qalib gəldikləri matçı (1:0) da buraxıb.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən "Liverpul"da çıxış edir.
 
///report
OXŞAR XƏBƏRLƏR