Çempionlar Liqasının finalında zədələnən Məhəmməd Salah dünya çempionatında oynaya biləcək. G
Bu barədə Misirin İdman naziri Xalid Abdel Aziz feysbuk səhifəsində məlumat verib.
"Salahın çiyin oynaqlarında dartılma var. Müalicə 2 həftə davam edəcək. Misir millisinin həkimləri Liverpool-un tibbi heyəti ilə təmasdadır. Salah reablitasiyanı Liverpool-da keçəcək. Daha sonra İtaliyada milli komandanın düşərgəsinə gələcək. Biz yığmanın son iştirak ərizəsini iyunun 4-də açıqlamalıyıq. Məhəmməd mütləq olrda olacaq. İndi ona istirahət etmək və bərpa prosesinə başlamaq lazımdır" - nazir qeyd edib.
A qrupunda yer alan Misir Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvayla mübarizə aparacaq.
///goal.az