Çempionlar Liqasının finalında "Liverpul" "Real"la qarşılaşır.
AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, matçın ilk hissəsində ingilislər şanssızlıqla üzləşib.
Belə ki, qarşılaşmanın 27-ci dəqiqəsində Serxio Ramosla ikili mübarizədə zədələnən "Liverpul"un ulduzu Muhammed Salah matçın 31-ci dəqiqəsində meydanı tərk etməli olub. Çiynindən zədələnən misirli forvard matçı davam etdirə bilməyib.
O, meydanı göz yaşları ilə tərk edib.