Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı

Sağlamlıq arayışının elektron formada veriləcəyi tarix açıqlandı
SOSİAL
17:56 26.04.2024
266
Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq”.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Elektron tibbi arayış” xidmətinin təqdimatı mərasimində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov bildirib.

O qeyd edib ki, elektronlaşma ilə tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq:

"Əvvəllər kağız üzərində arayış növbələrə səbəb olurdu. Vətəndaşlar hazır olanda onu almaq üçün bir dəfə də tibb müəssisəsinə gəlməli olurdular. Bu həm də kağıza qənaət deməkdir. COP29-un keçiriləcəyi ərəfədə hesab edirəm ki, bu elektronlaşma səmərəli olacaq”.

V.Qurbanov bildirib ki, bu gün ən çox müraciət olunan arayışlar - işə qəbul zamanı, təhsil müəssisələrinə daxil olanlar üçün sağlamlıq haqqında tibbi arayışlar və sürücülük vəsiqəsi əldə etmək üçün sürücülüyə yararlı olmaq haqqında tibbi arayışlardır:

"Ötən ilin statistikasına nəzər salaq, tabeli tibb müəssisələrimizdə 28 893 nəfərə "Ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün”, 4 404 vətəndaşa isə "Sürücülüyə yararlı olmaq barədə” tibb arayış təqdim olunub. Beynəlxalq təcrübə göstərir ki, arayışların əldə edilməsi üçün tələb olunan tibbi xidmətlər tibbi göstəriş əsasında olmadığı və profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil edilmir. Bu baxımdan, sürücülük vəsiqəsi əldə etmək üçün arayış, sağlamlıq haqqında tibbi arayışlar, obliqat qrupların peşə ilə bağlı xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmə ilə bağlı arayışlar və s. ödənişli əsasla icra edilir”.

TƏBİB rəhbəri əlavə edib ki, mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq:
"Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki poliklinikalarda, Bakı şəhərindəki 14 tibb müəssisəsində və 56 rayon mərkəzi xəstəxanasında (RMX) elektron arayışları almaq üçün zəruri infrastruktur yaradılıb, resurslar formalaşdırılıb, aidiyyəti üzrə personal təlimlərə cəlb olunub, prosesə adaptasiya mərhələsi uğurla başa çatdırılıb və vətəndaşların xidmətinə təqdim olunub”.

Vüqar Qurbanovun sözlərinə görə, icbari tibbi sığorta sosial yönümlü layihə olduğundan 18 yaşa qədər uşaqların, hərbi xidmətə çağırılanların, xüsusi müəssisələrdə (məntəqə tipli cəzaçəkmə müəssisələrində) yaşayan şəxslərin sağlamlığı haqqında arayışlar, habelə övladlığa götürmə və himayədar ailə (himayədar valideyn) olma zamanı tələb olunan arayışlar icbari tibbi sığorta təminatına daxil edilməklə vətəndaşlara ödənişsiz əsaslarla təqdim edilir. Habelə, Azərbaycanın ərazi bütövlüyü uğrunda hərbi hissə və orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, Vətən müharibəsi zamanı şəhid olmuş şəxslərin birinci dərəcəli ailə üzvləri üçün bütün tibbi arayışlar ödənişsiz əsaslarla təmin olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
18:46 14.07.2026
Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik daha 90 gün uzadılıb
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
18:31 14.07.2026
Qırğızıstan neft və neft məhsullarının ixracına tam qadağa qoydu
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
18:15 14.07.2026
Kreml Britaniya və Aİ-nin kiberhücumlarla bağlı iddialarını rədd edir
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
18:11 14.07.2026
Yamal Fransa ilə matçın gərgin keçəcəyini deyib: Mən nə edəcəyimi bilirəm
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
17:55 14.07.2026
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
17:50 14.07.2026
Deputat: Slovakiya Prezidentinin səfəri əməkdaşlığı praktik mərhələyə keçirir
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
17:36 14.07.2026
“Azəridad”da tüklü toyuqlardan kolbasa hazırlayırmışlar - Fotolar
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
17:22 14.07.2026
Ağız qoxusu hansı xəstəliklərdən xəbər verir?
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
17:16 14.07.2026
Torpaq bazarında yeni qaydalar: Qiymətləndiricilər nəyi dəyişməyi təklif edir?
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
17:07 14.07.2026
Musa Şəkiliyevin həbs müddəti uzadıldı
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
17:01 14.07.2026
Tək yaşamaq dəbdir, yoxsa psixoloji ehtiyac? – Mütəxəssislər açıqladı
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
16:45 14.07.2026
Müəllimlərin işə qəbulu imtahanlarına start verildi
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
16:44 14.07.2026
Sükan arxasında görünməyən təhlükə: Bir neçə saniyəlik yuxu ölümə aparır
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
16:21 14.07.2026
Dünyada Ebola həyəcanı: Ölkələr səyahət tədbirlərini sərtləşdirir
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
16:06 14.07.2026
Elçin Mirzəbəyli: Şuşadakı görüş yeni geosiyasi reallıqların nümayişidir
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı
16:03 14.07.2026
Tanışının mobil telefonunu talayan şəxs saxlanıldı