Saleh Məmmədov sürüşmədən danışdı: "Bu, bir günün işi deyil"

Saleh Məmmədov sürüşmədən danışdı: "Bu, bir günün işi deyil"
SOSİAL
12:20 25.11.2019
3812
Xəbər verdiyimiz kimi, Bakının Bibiheybət yolunda sürüşmə hadisəsi baş verib və ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

AZXEBER.COM xəbər verir ki, sürüşmə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov Unikal.org-a açıqlamasında bildirib ki, sürüşmə ilə bağlı araşdırma aparılır:

"Yoldakı sürüşməni aradan qaldırmaq üçün vaxt lazımdır. Bu bir günün işi deyil. Yolun altında təkan olduğu üçün təbii sürüşmə prosesi baş verib. Sürüşmə nəticəsində istinad divarları çöküb. Hazırda aidiyyatı dövlət qurumları araşdırma aparılır. Geoloji araşdırmalardan sonra məlum olacaq ki, hansı tədbirləri görmək olar".
OXŞAR XƏBƏRLƏR