Salyan sakini tanışı tərəfindən bıçaqla öldürülüb

SOSİAL
22:55 23.11.2021
193
Salyan rayonunda qətl hadisəsi baş verib.

"Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Babazənan yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, yaşayış massivinin sakini, 1992-ci il təvəllüdlü Qasımov Səbuhi Sərdar oğlu mübahisə zəmnində tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Bir bıçaq zərbəsi alan yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR