Salyanda 35 yaşlı kişini çaqqal dişlədi

Salyanda 35 yaşlı kişini çaqqal dişlədi
SOSİAL
22:59 24.12.2020
460
Salyan rayonunda çaqqal 35 yaşlı sakinə xəsarət yetirib.

Hadisə axşam saatlarında Xələc kəndində baş verib.

Belə ki, 1985-ci il təvəllüdlü Cəlilov Ramil Bədrəddin oğlu evinin həyətində olarkən caqqalın hücumuna məruz qalıb. Yırtıcı heyvan onun sağ baldır nahiyəsinə xəsarət yetirib.

Ramil Cəlilov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanada ona quduzluğa qarşı peyvənd vurulub.
 
///Report
OXŞAR XƏBƏRLƏR