Salyanda ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub

HADİSƏ
03:03 30.01.2025
292
Salyanda baş verən ağır yol qəzasında bir ailənin üç üzvü həlak olub.

"Report”un Aran bürosunun məlumatına görə, "Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kollektora aşması nəticəsində rayonun Dayıkənd kənd sakinləri, 1993-cü il təvəllüdlü Məmmədov Aqil Amil oğlu, bir qadın və onun iki azyaşlı uşağı suda boğularaq ölüb.

Daha bir uşaq isə avtomobildən sağ çıxarılıb.

Qeyd edək ki, A. Məmmədov Salyan Rayon İcra Hakimiyyətində təlimatçı işləyib.


OXŞAR XƏBƏRLƏR