Salyanda ata 18 yaşlı qızını buna görə qətlə yetiribmiş — TƏFƏRRÜAT

Salyanda ata 18 yaşlı qızını buna görə qətlə yetiribmiş — TƏFƏRRÜAT
SOSİAL
12:07 05.12.2016
12770

 

Bir neçə gün öncə Salyan rayonunun Xurşud kənd sakini Rauf Əsədovun 18 yaşlı qızını qətlə yetirməsinin bəzi təfərrüatları məlum olub.

R.Əsədov bundan öncə bir neçə dəfə həbsxana həyatı yaşayıb. Sonuncu dəfə isə həyat yoldaşının şikayəti əsasında saxlanılıb. Əsədov həbsxanada ikən həyat yoldaşına "buradan çıxan kimi səni öldürəcəyəm" sifarişi göndərib. Qadın qorxudan ərinin həbsdən çıxmasına bir neçə gün qalmış atası evinə gedib.

Həbsdən qayıdan R.Əsədov isə həyat yoldaşının evdə görməyincə, onun heyfini qızı Fərqanədən çıxmağa başlayıb. 
Qızını qətlə yetirdiyi gün o, içkili olub.

Qeyd edək ki, içki və narkotik aludəçisi olan R.Əsədovun evi olmadığından ailəsi Xurşud kəndindəki istifadəsiz orta məktəb binasında yaşayırmış.

 
OXŞAR XƏBƏRLƏR