Salyanda avtomobil aşıb, xəsarət alan var

Salyanda avtomobil aşıb, xəsarət alan var
SOSİAL
21:09 24.08.2024
158
Salyanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var.

Hadisə köhnə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetməni itirərək yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Boranıkənd kənd sakini, 2002-ci il təvəllüdlü Əmrahov Vüsal Zaur oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR