Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Salyanda avtomobil piyadanı vuraraq öldürüb
SOSİAL
10:35 09.04.2023
198

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan rayonun Kürqaraqaşlı kəndi ərazisində qeydə alınıb.

Yolu keçən kənd sakini, 1967-ci il təvəllüdlü Məlikov Sərraf İldır oğlunu avtomobil vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR