Salyan rayonunda baş verən yol nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
AZXEBER.COM xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Salyan rayonu Kürsəngi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı xəsarət alanlar Natəvan Adil Qızı Qardaşxanova və Nuranə Cabir Qızı Qardaşxanova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.