Salyanda İran vətəndaşının 58 min manatını kimlər mənimsəyib? - TƏFƏRRÜAT

Salyanda İran vətəndaşının 58 min manatını kimlər mənimsəyib? - TƏFƏRRÜAT
SOSİAL
21:27 09.05.2018
4932
İran vətəndaşı olan Məsud Kərbasi bir azərbaycanlı tərəfindən aldadılaraq 58 min manat pulunun mənimsənildiyini iddia edir.

AZXEBER.COM "Xəzər TV"yə istinadən xəbər verir ki, bir müddət əvvəl İrana müalicəyə gedən, əslən iranlı olan Salyan sakini Nadir Məhəmmədzadə orada Məsud Kərbasi ilə tanış olaraq, Azərbaycanda iş qurmaq üçün geniş imkanların olduğunu bildirib. Onlar qərara gəliblər ki, Salyan rayonunda torpaq sahəsi alaraq orada istixana təsərrüfatı qursunlar. Azərbaycana qayıdandan sonra Nadir Məhəmmədzadə Məsuda zəng vuraraq, iş biliyinə yeni adamlar cəlb etdiyini və təcili pula ehtiyac olduğunu deyib.

Bu minvalla Məsud Kərbasi şərikinə müxtəlif vaxtlarda umumilikdə 58 min manat pul göndərib. Salyan rayonunda istixana sisteminin qurulmasından ötrü isə hətta İrandan Salyan rayonunun Seyidsadıqlı kəndinə mühəndislər də gətirib. Lakin sonradan məlum olub ki, əslində 5 hektarlıq yer onların dediyi kimi 134 min manata yox, 22 min manata alınıb. Bu azmış kimi, torpağın əsl sahibinə nəzərdə tutulan bu məbləğin heç də hamısı verilmədiyi üçün o, notarial qaydada üzün müddətə verdiyi etibarnaməni ləğv etdirib.

Məsələ ilə bağlı yerli hüquq mühafizə orqanlarına müraciət edilsə də, oradan məsələnin məhkəmə qaydasında həll edilməli olduğu bildirilib. Əslində torpaq sahəsinin alınmasına və adı çəkilən şəxsə 58 min manat məbləğində pulun verilməsinə dair rəsmi sənədləri olmadığı üçün Məsud Kərbasi hazırda çıxılmaz vəziyətdə qalıb. Qarşı tərəf isə ona nəzərdə tutulan məbləği ödəməkdən imtina edir. Dəfələrlə biz də hadisədə adı hallanan Nadir Məhəmmədzadə ilə əlaqə saxlamağa çalışsaq da, o, telefonlarımıza cavab vermədi.
 

OXŞAR XƏBƏRLƏR