Salyanda itlər kürəkənlə qayınatanı dişlədi

SOSİAL
23:27 04.08.2019
7991
Bu gün axşam saatlarında Salyan rayonunun Qarabağlı kəndindəki şadlıq evlərinin birinin yaxınlığında sahibsiz itlər avtomobillə yoldan keçərkən qısa müddətə dayanan Türkiyə vətəndaşı, Gəncə şəhərində yaşayan 47 yaşlı Turan Apaydına hücum edərək onu əl və ayaqlarından bir neçə dəfə dişləyiblər.

AZXEBER.COM-un Virtualaz.org-a istinadən məlumatına görə, itlər kürəkənini onların əlindən almaq istəyən 38 yaşlı Gəncə sakini Ceyhun Əmrah oğlu Babayevin də əl barmaqlarını dişləyiblər. Bununla belə, o, çətinliklə də olsa Turan Apaydını itlərin əlindən ala bilib.

Salyan Mərkəzi Rayon Xəstəxanasında tibbi yardım göstərildikdən sonra onların hər ikisi ambulator müalicəyə buraxılıb.

OXŞAR XƏBƏRLƏR