Salyan rayonunda kişi meyiti aşkar edilib.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Araşdırmalardan sonra məlum olub ki, bu Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğludur.
Faktla bağlı araşdırma aparılər.