Salyanda qəza: Ölən var

Salyanda qəza: Ölən var
SOSİAL
12:10 29.08.2020
496

Salyan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bildirilib ki, "Mercedes” və "VAZ-2106” markalı minik avtomobilləri toqquşub. Nəticədə "VAZ-2106”-nın sürücüsü, rayonun Kürqaraqaşlı kənd sakini, 1952-ci il təvəllüdlü Zeynalov Sərdar Nadir oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR