Salyanda qoç 63 yaşlı qadını xəstəxanalıq etdi

Salyanda qoç 63 yaşlı qadını xəstəxanalıq etdi
SOSİAL
23:16 11.11.2019
6325
Salyan rayonunda qoç 63 yaşlı qadını vurub.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Kürqaraqaşlı kəndində baş verib.

Kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərova Narxanım Adıböyük qızı axşam saatlarında fərdi yaşayış evinin həyətində saxladığı xırdabuynuzlu heyvanları tövləyə salarkən qoc ona hücum edib. Nəticədə 63 yaşlı qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

N.Əsgərova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və Travmatologiya Şöbəsinə yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR