Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb

Salyanda toydan qayıdan şəxs dostunun avtomobilini qaz kəmərinə çırparaq ölüb
SOSİAL
23:31 26.11.2022
202

Salyanda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir, hadisə Salyan-Şirvan magistral yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində qeydə alınıb.

Toy şənliyindən qayıdan Şirvan sakini, 2003-cü il təvəllüdlü Kənan Cəbiyev sərxoş vəziyyətdə dostunun 18-BF-829 dövlət nömrə nişanlı "Mercedes” markalı avtomobilini idarə edib.

K.Cəbiyev avtomobili yüksək təzyiqli qaz kəmərinə çırpıb.

Nəticədə o, hadisə yerində ölüb.

Kəndin qaz təchizatı dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR