Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanıldı

Salyanda yolda uzanan şəxsi vururaq qaçan sürücü saxlanıldı
SOSİAL
11:41 18.01.2023
114
Salyanda yolun üzərində uzanan şəxsi vururaq qaçan sürücü saxlanılıb.

Bu barədə AZXEBER.COM-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, yanvarın 16-da saat 23 radələrində Salyan şəhəri ərazisində şəhər sakini Yaşar Novruzov (o, sərxoş vəziyyətdə yolda uzanıbmış - "Report") müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "Renault” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin avtomobilin sürücüsü, Salyan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Niftiyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR