Salyandakı qəzada ölənlərin FOTOSU

Salyandakı qəzada ölənlərin FOTOSU
SOSİAL
21:42 05.01.2026
148
Salyanın Noxudlu kəndində baş verən yol-nəqliyyat hadisəsində ölənlərin sayı üçə çatıb. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, iki "Mercedes” markalı avtomobilin toqquşması nəticəsində Sabirabad rayon sakinləri, 1965-ci il təvəllüdlü Vüqar İmanov, onun oğlu 1989-cu il təvəllüdlü Tərlan İmanov və sürücü, 1994-cü il təvəllüdlü Coşqun Məmmədov hadisə yerində ölüblər. 

Daha üç nəfər ‐ Sabirabad rayon sakinləri, 1985-ci il təvəllüdlü Mirzağa Məmmədov, onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Pərvanə Məmmədova, qızları 2011-ci il təvəllüdlü Fatimə Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Qeyd edək ki, ölənlərin hamısı bir maşında olub. 
OXŞAR XƏBƏRLƏR