Novruz bayramı ərəfəsində Salyan rayonunun Təzəkənd və Gomuşlu kəndlərinə təbii qazın verilişi bərpa edilib.
20 ildən sonra həmin yaşayış məntəqələrinə qazın verilməsi sakinlərin ikiqat sevincinə səbəb olub.Salyan rayon QİS-dən verilən məlumata görə, rayonunun Təzəkənd və Gomuşlu kəndinə 20 ildən çox idi ki təbii qazın verilişi dayanmışdı.Xüsusilə payız-qış aylarında qazsızlıqdan əziyyət çəkən kənd sakinləri evlərini isitmək üçün odun sobalarından, elektrik enerjisindən və digər alternativ yanacaqlardan istifadə etmək məcburiyyətində qalırdılar.Nəhayət sözügedən yaşayış məntəqələrinə ötən ildən etibarən 24,4 kilometr uzunluğunda daxili qaz xətləri yenidən çəkilərək bərpa edilib.Bununla yanaşı hər iki kəndə ümumilikdə 294 ədəd fərdi tənzimləyici qurğu və bir o qədər qaz sayğacı quraşdırılıb. Novruz bayramı ərəfəsində yaşayış məntəqələrinə təbii qazın verilişi sakinlər üçün 2 qat bayrama çevrilib.Təbii qazın Təzəkənd və Gomuşlu kəndlərinə verilməsi münasibətilə açılış mərasimi olub. Rayon rəhbərliyinin, hüquq-mühafizə orqanlarının, “Azəriqaz” İstehsalat Birliyinin və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi mərasimdə rəmzi məşəl yandırılıb. Sonra evlərə mavi yanacağın verilişinə baxış keçirilib.Qeyd edək ki, bu yaxınlarda rayonun daha 3 - Qaraçala qəsəbəsinə, Aşağı Noxudlu və Yuxarı Noxudlu kəndlərinə də təbii qazın verilişi bərpa olunacaq. Hazırda 20 yaşayış məntəqəsi qazlaşdırılıb və ilin sonuna kimi rayon əhalisinin 85 faizi təbii qazdan istifadə edə biləcək.