Salyanın keçmiş icra başçısının oğlanları haqqında–İDDİA

SOSİAL
12:55 09.03.2016
9193
Salyanın ötən gün vəzifəsindən azad edilən icra başçısı Tahir Kərimovun haqqınnda xəbərlərin ardı-arası kəsilmir.
Sabiq icra başçısı və onun SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri olan oğlu Həmzə Kərimov haqda yeni iddia ilə çıxış edib.
Adıçəkilən saytda bildirilib ki, Həmzə Kərimov uzun illərdi Rumıniyanın vətəndaşlığını almaq istəyir: “Arzusu gizli şəkildə ikili vətandaşlıq statusunu əldə etməkdir. Belə ki, Həmzə Kərimovun həmişə bir devizi olub: “Mən Avropanı qoyub Azərbaycanda heç zaman yaşamaram”. Onu da qeyd edək ki, uzun illərdir Rumıniyada yaşayan Həmzə Kərimov həmin ölkədəki keçmiş səfirimiz Eldar Həsənov ilə tez-tez baş-başa gəlirmiş. O, hətta cürət edib cənab səfirdən Bakıya tez-tez anonim məlumatlar da göndərib.
Sayt bu barədə yazır ki, Həmzə Kərimov Rumıniyaya gedəndən sonra işini səfirlə koordinasiya etməyib, öncədən aldığı təlimat üzrə Eldar Həsənova saymazyanalıq göstərib, tamamilə “muxtar” fəaliyyət göstərib, həmçinin vaxtaşırı Eldar Həsənovun guya Rumıniyada Azərbaycanı layiqincə təmsil edə bilməməsi haqda donoslar yazıb.
O zaman məsələ ilə bağlı “Media forum” saytına açıqlamasında Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyovun işlətdiyi ifadə H.Kərimovun səfirlikdə hansı təəssürat yaratdığından xəbər verir: “Onun (Eldar Həsənovun-red.) vətənpərvərliyi, müstəqil Azərbaycan dövlətinə xidmətləri, yüksək peşəkarlığı, savadı, alicənablığı, mərdliyi və səviyyəsi bir çox diplomatlara, elə Həmzə Kərimov kimilərin özlərinə də əsl örnək olmalıdır”. Göründüyü kimi H.Kərimov digər dövlət qurumlarında nüfuz sahibi olmasa da, sırf atasının xətrinə vəzifədə saxlanılmaqdadır. Onun etdiyi yalnışların sayı-hesabı bilinməsə də, biriləri onu qorumaqdadırlar.
Yazıda o da qeyd olunur ki, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovun digər oğlu Ümid Abuzərli Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ofisinin Koordinatorudur:
“Göründüyü kimi, vaxtilə kriminal aləmlə isti münasibəti olan Tahir Kərimov çıxarılsa da, vəzifəyə yerləşdirdiklərinin hamısı iş başındadırlar. Fəqət Həmzə Kərimovun ikili vətəndaşlıq məsələsi son dönəmdə yenidən aktuallaşıb”.
Sayt sonda iddia edib ki, Tahir Kərimov ölkəni tərk etməyə hazırlaşır…
Bu iddialarla bağlı Tahir Kərimovun da mövqeyini dərc etməyə hazırıq. (yeni müsavat)

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb