Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Kiyevə səfər edib.
AZXEBER.COM-a SAM-dan bildiriblər ki, məqsəd Ukraynanın Azərbaycandakı səfirliyinin dəvəti ilə Dünya İqtisadi Forumunun (World Economic Forum) təşkil etdiyi “Ukraynanın strateji gələcəyinə dair dialoq” forumunda iştirak etməkdir. Səfər noyabrın 6-dək davam edəcək.