Şam rəhbərliyi Paris görüşmələrinin növbəti raunduna qatılmayacaq

Şam rəhbərliyi Paris görüşmələrinin növbəti raunduna qatılmayacaq
SİYASƏT
10:02 10.08.2025
195
Suriyada "Dayanıqlı İnkişaf Məqsədləri” adını daşıyan qrum SDQ-nın (Sustainable Development Goals) nəzarəti altındakı Hasekədə "özünüidarə” məsələsinin müzakirə olunduğu konfransdan sonra Şam rəhbərliyi Paris görüşmələrinin növbəti raunduna qatılmayacağını açıqlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, mütəxəssislərin hesabına görə, SDQ-nin 10 Mart Razılaşmasının tələblərini yerinə yetirməməsi hərbi müdaxilə ehtimalını ön plana çıxarıb.

Görüşmə ləğv edilib

Sözü gedən konfransın yekun bəyannaməsində "mərkəzləşdirilmiş dövlət əvəzinə mərkəzləşməyən bir sistemin qurulması” çağırışı yer alıb. Şam rəhbərliyi bu təşəbbüsə etiraz edib. Suriya rəsmi xəbər agentliyi SANA-ya danışan bir hökumət rəsmisi bildirib ki, danışıqların "qanuni ünvanı” Şamdır və ölkənin şimal-şərqindəki inkişaflar milli iradəni təmsil etmir. Bu səbəbdən də onlar Parisdə SDQ ilə yeni görüşlərə qatılmayacaqlarını bəyan ediblər.

Rəsmilər dövlətin quruluşuna dair hər hansı vizyonun zorla qəbul etdirilməsini qətiyyətlə rədd etdiklərini, bu quruluşun yalnız daimi konstitusiya və bütün suriyalıların iştirakı ilə keçiriləcək referendum yolu ilə müəyyən edilə biləcəyini vurğulayıblar. Hökumət nümayəndəsi konfransın "Qəndildən təlimat alan radikal kürd hərəkatlarının suriyalı ərəblərə qarşı apardığı sistemli demoqrafik dəyişiklik siyasətlərinə bir örtük” olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR