Məşhur müğənni boşandığını elan etdi

MAQAZİN
10:34 15.10.2024
243
32 yaşlı Rusiyalı müğənni Şaman (əsl adı Yaroslav Dronov) həyat yoldaşından boşanıb.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni 46 yaşlı Yelena Martınova ilə yollarını ayırıb.
 
Şaman və Martınovanın boşanması sentyabrın sonunda baş tutub.
 
Müğənninin sözlərinə görə, onlar sıx iş qrafikinə görə ayrılıblar:
 
"Elena və mən çox məşğul insanlarıq. Təəssüf ki, belə bir iş qrafiki bizə normal şəxsi həyat üçün vaxt buraxmadı" deyə Yaroslav açıqlamasında bildirib.

Xatırladaq ki, Yaroslav Dronov və Yelena Martınova 2017-ci ildə evləniblər. Şaman daha öncə Marina Roşçupkina ilə evli olub, onların Varvara adlı bir qızı var. Cütlük 2016-cı ildə ayrılıb.
 
Aysel

OXŞAR XƏBƏRLƏR