"Şamaxı" klubu futbolçusu Rəhman Daşdəmirovla müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisindən verilən məlumata görə, 23 yaşlı müdafiəçi ilə 1,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, daha əvvəl Emil Qasımovu heyətinə qatan "Şamaxı" Rövşən Şahmuradovun da müqaviləsini yeniləyib.