Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı

Şamaxı İH-nin işçisi koronavirusa yoluxdu - Başçı da karantinə alındı
SOSİAL
13:58 25.05.2020
1299

Şamaxı rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. 

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. 

Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalarına uyğun olaraq karantindədir
OXŞAR XƏBƏRLƏR