"Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. AZXEBER.COM xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi sol cinah müdafiəçisi Joao Oliveiranı (Jota) heyətinə qatıb. 26 yaşlı futbolçu ilə iki (1+1) illik müqavilə imzalanıb. Qeyd edək ki, Jotanın son klubu Portuqaliyanın "Sao Joao de Ver” klubu olub.