Şamaxı Rayon İcra Hakimiyyətindən intihar etmək istəyən vətəndaşla bağlı - AÇIQLAMA

Şamaxı Rayon İcra Hakimiyyətindən intihar etmək istəyən vətəndaşla bağlı - AÇIQLAMA
SOSİAL
22:11 26.06.2020
2635
Şamaxıda bir vətəndaşın damda çəkilən videosu sosial şəbəkələrdə yayılıb. İntihar edəcəyini deyən vətəndaş buna səbəb kimi məmur özbaşınalığını göstərib. O deyib ki, icra nümayəndələrini onu və ailəsini təhqir edir: "Qardaşıma deyir ki, Şamaxıda kişi yoxdur. Qardaşım onun cavabını verib deyə şərlənib, həbs olunub. Mən Şamaxıda yaşamaq haqqımı tələb edirəm”.

Şamaxı rayon icra hakimiyyəti məsələ ilə bağlı açıqlama verib.

AZXEBER.COM həmin açıqlamanı təqdim edir:

Son günlər Şamaxı rayonunda dövlət qurumları ilə vətəndaşlar arasında yaranmış sağlam münasibətləri pozmaq üçün ayrı-ayrı internet resurslarında həqiqəti əks etdirməyən videomateriallar paylaşılır. 

Videomaterialda Xaliq Xudaverdiyev qardaşının şərlənərək tutulduğunu iddia edir.

Halbuki, Xaliq Xudaverdiyevin qardaşı Aslan Xudaverdiyev törətdiyi ayrı-ayrı cinayət əməllərinə, o cümlədən çoxsaylı dələduzluq faktlarına görə Azərbaycan Respublikası CM-nin 178.2.2, 289.1 və 315.1-ci (köhnə redaksiyada) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Qobustan rayon məhkəməsinin 08 iyun 2020-ci il tarixli qərarı ilə Aslan Xudaverdiyev barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərar qüvvədə saxlanılmışdır. Hal-Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Aslan Xudaverdiyev heç vaxt rayon icra hakimiyyəti başçısının qəbulunda olmamış və hər hansı formatda heç bir mövzunu müzakirə etməmişdir.
Rayon icra hakimiyyətinin başçısı və əməkdaşları tərəfindən cəmiyyətdə ayrıseçkiliyə, yerlibazlığa səbəb olan istənilən ifadə və davranış qətiyyətlə rədd edilir və yalnız bir prinsip – Azərbaycançılıq prinsipi üstün tutulur.

Bildiririk ki, Xaliq Xudaverdiyevin bu məzmunlu heç bir fakta söykənməyən və əsassız iddiaları ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət olunacaqdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
19:34 22.07.2026
Tramp: İordaniyada həlak olan ABŞ hərbçiləri ilə bağlı araşdırmanın nəticələri açıqlanacaq
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
18:51 22.07.2026
ABŞ-ın İrana yeni hava hücumları nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
18:39 22.07.2026
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
Bakı metrosunda iş rejimi dəyişdirilir
18:11 22.07.2026
Bakı metrosunda iş rejimi dəyişdirilir
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
17:56 22.07.2026
Akkreditasiya Şurasından qərar: 6 universitetə müsbət, birinə mənfi rəy
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
17:52 22.07.2026
Qızılca və suçiçəyinə yoluxanların sayı açıqlandı - RƏSMİ
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
17:37 22.07.2026
Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
17:30 22.07.2026
Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
17:06 22.07.2026
Ev dustaqlığında sosial şəbəkə qadağası: Qanun nə deyir? – Vəkildən açıqlama
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
16:58 22.07.2026
Rəşad Məcid: "Yeni dövr mətbuatın qarşısında yeni vəzifələr qoyur"
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?