Şamaxı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Şamaxı sakini, 1990-cı il təvəllüdlü Mirzəliyev Seymur Mirzəli oğlu yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.