Şamaxıda avtomobil qəzası baş verib.
AZXEBER.COM APA-nin Şirvan bürosuna istinadən xəbər verirki, hadisə rayonun Meysəri kənd ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, sürücü 2003-cü il təvəllüdlü Sadıqov Əli Nağı oğlu idarəetməni itirərək yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində sərnişin 1966-ci il təvəllüdlü Sadıqova Reyhan Məmməd qızı və sürücü ağır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Vəziyyətlərinin ağır olduğundan gecə saatlarında Bakı şəhər xəstəxanalarından birinə köçürülüblər.
Faktla bağlı araşdırma aparılır.