Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?

Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb?
SOSİAL
22:24 10.01.2026
1180
"Bu gün Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində hər hansı dağıntı və ya digər fəsad qeydə alınmayıb".

AZXEBER.COM xəbər verir ki, bu barədə AZƏRTAC-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova məlumat verib.

Onun sözlərinə görə, yeraltı təkanlardan dərhal sonra müvafiq yerlərlə əlaqə saxlanılıb, hazırkı vaxta qədər hər hansı fəsad barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bu gün yerli vaxtla saat 18:55-də qeydə alınıb. 3.8 maqnitudalı zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
OXŞAR XƏBƏRLƏR