Şamaxıda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay

Şamaxıda şagirdini zorlayan müəllimə iş kəsildi - 5 il 6 ay
TOP4
20:08 03.10.2016
3269

Şamaxı rayonu Pirbəhli kəndində qeydə alınan biabırçı olayda - şagirdinin hamilə qalmasında adı hallanan müəllim Elnur İbrahimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu haqda onun atası Həsənağa İbrahimov məlumat verib. O, ailəsinin pərən-pərən düşdüyünü qeyd edərək, medianı bu məsələni şişirtməkdə qınayıb. Həsənağa İbrahimov deyib ki, hadisə barədə mətbuat bu qədər yazmasaydı, işlər bu səviyyəyə çatmazdı:

"Hamınız istəyinizə çatdınız, oğlum tutuldu. 5 il 6 aylıq həbs edildi. İstəyirsiniz, gəlin məni də tutdurun”.

Xatırladaq ki, Pirbəhli kəndinin Ağsaqqallar Şurasının sədri hacı Neman Əfəndiyev hadisələrdən sonra qalmaqalda adları hallanan müəllim və şagirdin ailə qurmağa hazırlaşdığını açıqlamışdı.

H.İbrahimov bu faktı təsdiqləyib: "Bəli, ailələr razılığa gəlmişdi, barışmışdıq. Amma hüquq-mühafizə orqanları, hökumət barışığa heç bir məhəl qoymadı. Heç barışıq sözünü hallandırmadılar da”.

Baba dünyaya gələn nəvəsindən xəbərsiz olduğunu bildirib: "Uşaqdan xəbərimiz yoxdur, görməmişik. Hər şeyi hökumət bilir, biz bilmirik”.

H.İbrahimov həmçinin oğlunun həyat yoldaşının 2 uşaqla birlikdə atası evinə getdiyini açıqlayıb: "Gəlin uşaqlarla birlikdə atası evinə getdi. Hərəsi bir dərədədir. Ailəmiz dağıldı daha”.

Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər. Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəlik haqda rəy verib. Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılmışdı.

Hadisədə adı hallanan müəllim 25 yaşlı Elnur İbrahimov ailəlidir, 2 övladı var.

Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının doğum şöbəsinin müdiri Zəhra Abbasovanın açıqlamasına görə, 2016-cı ilin iyul ayında qız uşağı dünyaya gətirən gənc ana, uşağın atasının həbsdə olmasını əsas gətirərək ondan imtina edib. Uşaq hazırda 1 saylı körpələr evindədir. //Modern.az 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda