Şamaxıdakı yanğın tam söndürüldü

Şamaxıdakı yanğın tam söndürüldü
SOSİAL
10:45 18.08.2023
96
Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ümumilikdə 7 hektara yaxın ərazidə əsasən, quru ot və kol-kos yanıb.

Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri iştirak edib.
OXŞAR XƏBƏRLƏR