Şamaxının yeni başçısı İTV-nin departament direktoru olub - DOSYE

Şamaxının yeni başçısı İTV-nin departament direktoru olub - DOSYE
SİYASƏT
16:38 30.10.2018
6333

Prezident İlham Əliyevin Şamaxıya icra başçısı təyin etdiyi Tahir Məmmədov bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.

AZXEBER.COM xəbər verir ki, yeni başçı "Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin üzvü və rəhbəri kimi fəaliyyət göstərib. İctimai Televiziyada departament direktoru olub.

T. Məmmədov Avropa Şurasının Alt Komissiyasında "İnformasiya cəmiyyətinin inkişafı” daimi işçi qrupunun üzvü və  Avropa Yayım Birliyində Azərbaycan təmsilçisi olub, hazırda YUNESKO-nun "İnformasiya hamı üçün” Proqramının (IFAP) Azərbaycan Komitəsinin sədridir. 

Bakı Dövlət Universitetinin doktorantıdır.

OXŞAR XƏBƏRLƏR