“12 May” şirkətinin prezidenti Səbuhi Rəcəb Vaqif oğlu “Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin qərarı ilə döyüş sambosu üzrə vitse-prezident seçilib.
Federasiyadan AZXEBER.COM-a verilən məlumata görə, qərar 22.05.2014 tarixində “Azərbaycan Sambo Federasiyası” İctimai Birliyinin İcraiyyə Komitəsinin xüsusi iclasında açıqlanıb. Tədbirdə iştirak edən Sambo Federasiyasının Icraiyyə Komitəsinin üzvləri yekdilliklə Səbuhi Rəcəb Vaqif oğlunun döyüş sambosu üzrə vitse-prezident seçilməsinin lehinə səs veriblər. Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun MəmmədovSəbuhi Rəcəbi federasiyanın nümayəndələrinə təqdim edərəkvitse-prezidentə yeni vəzifəsində uğurlar arzulayıb.
Qeyd edək ki, Səbuhi Rəcəb Vaqif oğlu1982 –ci il oktyabrın 20-də Bakı şəhərində doğulub. İxtisasca hüquqşünasdır. Uzun müddət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2013-cu ildə “12 MAY”MMC-ni təsis edib.
Ailəlidir, dörd övladı var.