“Əl Qaidə” terror təşkilatının sabiq lideri, Pakistanda ABŞ xüsusi xidmət orqanı əməkdaşlarının keçirdiyi əməliyyatda öldürülən Üsamə bin Ladinin axtarışda olan kürəkəni Türkiyənin paytaxtı Ankarada saxlanılıb. Türkiyəyə saxta pasportla qeyri-leqal yollarla daxil olan Süleyman M. Milli İstixbarat Təşkilatı (MİT) və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlığı ilə yaxalanıb.Məlumata görə, Süleyman M.-nin Səudiyyə Ərəbistanı pasportu ilə Türkiyəyə gəldiyini CIA xəbər verib və MİT keçirdiyi əməliyyatla Ankaranın Çankaya rayonunda oteldə qalan şübhəlini ələ keçirib. Qeyd edək ki, CIA əməkdaşları şübhəlini sorğu-sual etmək istəsə də Türkiyə tərəfi qanunvericiliyə görə bunun mümkün olmadığını bildirib.