Samir Abasovun "Neftçi"dəki maaşı bəlli oldu - MƏBLƏĞ

İDMAN
12:53 15.10.2024
440
İki ildən sonra "Neftçi"yə qayıdan Samir Abasovun nə qədər pul qazanacağı bilinib.

AZXEBER.COM sportinfo.az-a istinadən xəbər verir ki, dünən 2 illik müqaviləyə imza atan mütəxəssis ilk mövsümündə 200 min manat əldə edəcək.

Yeni sezonda isə bu məbləğ daha 100 min manat artacaq.

Abasov 2020-ci ilin noyabrından 2022-ci ilin mayınadək "ağ-qaralar"ı çalışdırıb. O, 2021-ci ildə paytaxt təmsilçisini ölkə çempionu edib, daha sonra Premyer Liqanın gümüş medallarını qazandırıb.

Mütəxəssisin axırıncı iş yeri "Sumqayıt"dır.
 

OXŞAR XƏBƏRLƏR