Samir Bağırov “Sevgilim“lə geri döndü -AUDİO

Samir Bağırov “Sevgilim“lə geri döndü -AUDİO
MAQAZİN
21:05 04.03.2016
2155
Xalq artisti Aygün Kazımova müğənni dostu Samir Bağırovla duet oxuyub.AZXEBER.COM-un məlumatına görə, ifaçılar A.Kazımovanın illər əvvəl oxuduğu “Səninlə” adlı mahnını bir yerdə səsləndiriblər.A.Kazımova hər zaman S.Bağırova dəstək olduğunu deyib:"Samirin xətrini çox istəyirəm. Artıq neçə ildir ki, o, bu sənətdən uzaqlaşıb. Amma mən bunu istəmirəm. İstəyirəm ki, Samir yenidən sənətə qayıtsın. Bu duetimiz ayağı Samir Bağırova düşərli olar. Samir səhnə üçün doğulub”.“Səninlə” mahnısının musiqisi Emil Şahinə, sözləri isə Cəlal Qurbanova aiddir. Mahnı Hakan Erolun studiyasında yazılıb.Qeyd edək ki, bu cütlüyün ilk dueti deyil. Onlar bundan əvvəl "Bir daha" mahnısını birgə səsləndirmişdilər.
OXŞAR XƏBƏRLƏR