Samir Bağırovun Amerikada yaşayan nənəsi dünyasını dəyişib.
AZXEBER.COM-un Milli.Az-a istinadən məlumatına görə, bu yaxınlarda tanınmış estrada müğənnisi Samir Bağırov ana nənəsinin ölüm xəbəri ilə sarsılıb. Tez-tez depressiyaya məruz qalıb, özünə qapanan Samir bu dəfə okeanın o tayına gedə bilmədiyi üçün pərişan əhvaldadır.
Xəbərin təfərrüatlarını öyrənməkdən ötrü Bağırovun atası Rafiq müəllimlə telefon əlaqəsi yaratmağa cəhd etsək də, onunla danışa bilmədik.