Samir Cəfərovdan Kərimin tənqidlərinə CAVAB

Samir Cəfərovdan Kərimin tənqidlərinə CAVAB
MAQAZİN
11:01 14.08.2025
176
Müğənni Kərim Abasov sosial media hesabında "Həmin Zaur" verilişində Təyyar Bayramov, Samir Cəfərov və Nazpəri Dostəliyevanın canlı ifasını paylaşaraq onları tənqid edib.

Görüntülərdə Xalq artistləri Nazpəri Dostəliyeva, Samir Cəfərov və Əməkdar artist Təyyar Bayramov yer alıb. Onlar "Sənsiz yaşaya bilmirəm" mahnısını canlı ifa ediblər.
 
AZXEBER.COM xalq artisti Samir Cəfərovla əlaqə saxlayıb və Kərimin fikirlərinə münasibətini öyrənib.
 
"Mənim heç bir videodan və tənqiddən xəbərim yoxdur. Heç nə olduğu haqda maraqlanmıram da. Nə məsələdir, sizdən eşidirəm. Mənim üçün maraqlı deyil, ona görə heç nə deyə bilmərəm" deyə o açıqlamasında bildirib.
 
Xatırladaq ki, Kərim paylaşımına "Nə vacibdir axı? Gücə düşməkdənsə, gedib fonoqram oxuyun. Özlərindən və sənətlərindən müştəbeh olan Xalq artistlərimiz, danışanda ağzınıza çullu dovşan yerləşmir. Bütün gün gəncləri canlı oxumamaqda qınayanlar" deyə, yazıb.

Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR