Azərbaycan Tibb Universitetinin Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müəllimi, assistent Samir Ağabala oğlu Müslümzadə vəfat edib.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, ATU rəhbərliyi və professor-müəllim heyəti mərhumun vəfatından dərin kədər hissi keçirir.
ATU rəhbərliyi və professor-müəllim heyəti adından mərhuma Allahdan rəhmət, ailəsinə dərin hüznlə başsağlığı diləyirik!










































