Samir Şərifov: “Dövlət borcunun idarə olunması strategiyamıza düzəlişlər edəcək”

Samir Şərifov: “Dövlət borcunun idarə olunması strategiyamıza düzəlişlər edəcək”
İQTİSADİYYAT
23:46 02.06.2020
993
"Dünən Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyev və qurum arasında keçirilən videokonfransda ölkə başçısı Azərbaycandakı vəziyyət, pandemiyaya qarşı görülən tədbirlər barədə məlumat verdi".

Bunu jurnalistlərə açıqlamasında Maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, Asiya İnkişaf Bankı lazım gəldikdə Azərbaycana maliyyə, texniki yardım göstərilməsi istiqamətində hazır olduğunu bildirib. Bununla əlaqədar Prezident bir neçə istiqamət üzərində dayanıb. Bu istiqamətlər üzrə Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edilməsi və müəyyən kreditlərin və texniki ekspertizanın cəlb edilməsi tapşırılıb:

"Bu sahələr əsasən su ehtiyatlarının idarə edilməsi, Naxçıvan Muxtar Respublikasında irriqasiya layihəsinin həyata keçirilməsi, xüsusi ilə peşə-təhsil sisteminin təkmilləşdirilməsi məsələsi daxildir. Həmin ölkələrin bu sahədə böyük təcrübəsi var və işlər yüksək səviyyədə qurulub".

O vurğulayıb ki, Asiya İnkişaf Bankı bu sahə üzrə xüsusi proqram-layihəni həyata keçirilməsini təklif edir: "Prezident İlham Əliyev bu məsələyə müsbət rəy verib".

"Bundan başqa, dəmir yolu layihəsi barədə də fikir mübadiləsi aparılıb. Bildiyiniz kimi, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi Bakı-Yalama dəmir yolunun yenidən qurulması üçün kredit ayrıb.

Bu layihələri, sektoru yaxşı bildiklərinə görə, cənab Prezident dəmir yolu xəttini cənub sərhədimizə qədər uzadılması məsələsini qaldırdı və onlar da maraqlı olduqlarını bildirdilər. Həmin istiqamətdə aidiyyəti qurumlar tərəfindən işlər həyata keçiriləcəkdir.

Prezident Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə bu yaxınlarda video görüşündə bəzi layihələrin həyata keçirilməsi müzakirə olunmuşdu. Bununla əlaqədar müvafiq araşdırmalar aparıldıqdan sonra biz dövlət borcunun idarə edilməsi üzrə strategiyamıza müəyyən düzəlişlərin edilməsi məcburiyyətində qalacağıq, çünki bugünkü strategiya daha çox konservativ idi. Yəni limit var idi və bu borclanmalar nəzərdə tutulmamışdı. Bununla bağlı təkliflərimizi hazırlayıb, hökumətə, sonra da Prezidentə təqdim edəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının bu rayonlarında qaz kəsiləcək - Xəbərdarlıq
00:00 04.11.2026
Bakının bu rayonlarında qaz kəsiləcək - Xəbərdarlıq
Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
23:58 03.11.2026
Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi - Video
23:57 03.11.2026
"Qalatasaray" "Ştutqart"ı Batrakovun dublu ilə məğlub etdi - Video
"Mən onun tərəfdarıyam" - Lukaşenkodan təklif
23:51 03.11.2026
"Mən onun tərəfdarıyam" - Lukaşenkodan təklif
Tramp Quam adasında respublikaçıların qələbə qazandığını açıqlayıb
23:47 03.11.2026
Tramp Quam adasında respublikaçıların qələbə qazandığını açıqlayıb
Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi
23:33 03.11.2026
Trampın planı reallaşa bilər – Saziş təsdiqləndi
İlyas Yalçıntaş sərbəst buraxıldı
23:24 03.11.2026
İlyas Yalçıntaş sərbəst buraxıldı
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
23:15 03.11.2026
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
23:05 03.11.2026
İsmayıl Bəqai: ABŞ ilə razılaşma üzrə yeni irəliləyiş yoxdur
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
22:56 03.11.2026
Ermənistanda zəncirvari yol qəzasında 8 nəfər ölüb
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
22:43 03.11.2026
Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
22:37 03.11.2026
Zelenski Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələrinin görüşünü elan edib
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
22:30 03.11.2026
"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
22:22 03.11.2026
Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi vəzifəsindən ayrıla bilər
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
22:11 03.11.2026
Tramp üçün çətin siyasi sınaq: Seçkiləri uduzsa, hansı addımı atacaq?
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat
21:55 03.11.2026
“Məzunlarımız işsizdir, amma xarici mütəxəssislərə ehtiyac duyulur” – Deputat