Samir Şərifov siyasi partiyalara ödənilən vəsaitin azaldılmasının səbəbini açıqladı

İQTİSADİYYAT
16:09 27.05.2021
436
"Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı artıb. Həmin siyasi partiyalara deputat sayına görə vəsait verilir. Ona görə də vəsait az ödənilir. Vəhdət Partiyasına və 6 siyasi partiyaya 3008 manat ötən illə müqayisədə daha az vəsait ödənilir”.

"Report"un xəbərinə görə, bu fikirləri maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən iclasında deyib.

Nazir bildirib ki, hər bir partiyaya müvafiq açıqlama verilir: "Orada konkret məlumatlar qeyd edilir”.
OXŞAR XƏBƏRLƏR