Samira: ‘Seda Sayan Günelə 'Yeter, yeter' deyərək mikrofonu əlindən aldı’ - MÜSAHİBƏ

MAQAZİN
13:50 19.03.2012
4205

“Hansısa bir yolla ermənilər Sezen Aksunu yoldan çıxardıblar”

“Bülent Ersoy da bizə köksüz xalq demişdi”

“O verilişdə mənim görünməyim məsləhətdirsə, gedirəm”

“Ola bilər ki, 5-10 ildən sonra mənim qəflətən bir biznesim ortaya çıxar”

“Müğənni nə istəyir ki başqa?”

Tanınmış müğənni Samira AZXEBER.COM-un suallarını cavablandırıb. Müsahibəni olduğu kimi təqdim edirik.

-Samira xanım, bildiyiniz kimi Türkiyənin məşhur sənətçisi Sezen Aksu “Kök” albomunda “Sarı Gəlin”i erməni dilində oxumaq niyyətindədir.Sizin buna münasibətiniz necədir?

Bizə qardaş olan bir ölkədən bu xəbəri eşidiriksə, təbii ki, bu məndə təəssüfləndirir. Düşünürəm ki, Sezen Aksu hansısa fitvaya gedir. Mən Türkiyədə olduğum vaxtlarda şahidi olmuşam ki, türklər bizim xalqımız haqda çox az məlumatlıdırlar, bizim müğənnilərimizi tanımırlar. Türkiyədə olduğum zaman mənə verilən məlumata görə orada həddinnən artıq çox erməni yaşayır. Onlar artıq türkləşiblər. Ola bilsin ki, hansısa bir yolla ermənilər Sezen Aksunu yoldan çıxardıblar. Biz bu işin içində deyilik. Bəlkə, çox pul verilib, nəsə deyilib ki, o bu mahnını oxumaq qərarına gəlib. Təkcə Sezen Aksu yox, xatırlasaq, Seda Sayanın canlı verlişində azəri qızı Günel ermənilərlə bağlı fikir söyləmək istəyirdi. Seda Sayan Günelə "Yeter, yeter" deyərək mikrofonu əlindən aldı. Mən canlı yayımdan izləyirdim həmin verilişi. Həmçinin, Bülent Ersoy bizə köksüz xalq demişdi. Bu müğənniləri mən heç sevmirəm, qulaq asmıram onlara. Mənə xoş gəlmir öz doğma xalq mahnımı götürsünlər və mənimsəsinlər. Biz bütün ölkələrdə öz mahnılarımızı düzgün təbliğ etməliyik. Axır zamanlar fəal olmuşuq bu baxımdan. Düşünürəm ki, müsbət bir nəticə əldə edə biləcəyik. -Hər hansı bir xalq mahnısını oxumaq fikriniz olubmu? Yox, mən klassik pop ifaçısıyam. Xalq mahnılarını ancaq el şənliklərində oxuyuram. Mən yaxşı pop ifa edə bilirəm. Xalq mahnılarımızı xanəndələrimiz oxusun, mən kiməm ki? Hər kəs öz işini bilməlidir. -Efirlərdə az -az görürük sizi. Bunun səbəbi nədir? 

Mənim xasiyyətim elədir ki, mən çağırılan yeri özümə rəva bildiyim təqdirdə gedirəm. O verilişdə mənim görünməyim məsləhətdirsə, gedirəm. Ola bilsin, xasiyyətimdən irəli gəlsin. Çünki mən hər yerdə görünməyi xoşlamıram. -Telekanalların bugünkü durumu sizi qane edirmi? Qalmaqal yığışdırılsa, sağlam rəqabət olsa, daha yaxşı olardı. Çünki hansı verilişə baxırsan, daha çox qalmaqala üstünlük verirlər. Düşünürlər ki, bununla reytinq qazana bilərlər. Bu kimi verilişlər aradan götürülsə daha yaxşı olardı. Çünki balalarımız böyüyür. Biz özümüz də gəncik. Bu cür verilişlərə baxan gənclər gələcək nəsillərə nə ötürəcək? Daha yaxşı verilişlər olmalıdır ki, özümüz üçün yaxşı bir şey götürə bilək.

-Jurnalistlərlə münasibətiniz necədir? Yaxşıdır. Ancaq kiminsə haqqında nəsə danışanda bəzən jurnalistlər məqalə oxunsun deyə başlığını elə yazırlar ki, qalırsan mat. Buna görə danışarkən çalışıram ki, ehtiyatlı olum. -Şou-biznesdən əlavə bir biznesiniz və ya işiniz varmı? Xeyr, yoxdur. Ancaq çox istərdim ki, olsun. Hər zaman bu sənətdə olmayacağıq. Ona görə, bizə də biznes lazımdır. Ola bilər ki, 5-10 ildən sonra mənim qəflətən bir biznesim ortaya çıxar. Hər şey ola bilər. Hələ ki, yoxumdur. Gələcəklə bağı öz ailəmə, övladlarıma güvənirəm. Necə ki indi mən onlara baxıram inşallah onlar da böyüyəndə mənə baxacaqlar. -Sənətinizdə bu yaxınlarda hər hansı bir yenilik gözlənilirmi?

Bakı Cazz Mərkəzinin təşkilatçılığı ilə24 mart saat 21:00 da ilk solo konsertim olacaq. Müğənni nə istəyir ki başqa? Gözəl mahnılar, gözəl konsertlər.

-Hamiləlik dövrü necə keçir?

Hamiləliyiylə bağlı hər şey normaldır, hər şey gözəldir.

Güləsər Qasımova

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir