Samiraldo: Valideynlərim vəzifəli şəxslər olub

MAQAZİN
14:20 18.04.2015
3530

"Məni ya əlillər evinə, ya da dəlixanaya göndərəcəkdilər".

Stilist Samiraldo “Evdəyik” verilişinin qonağı olub.

AZXEBER.COM xəbər verir ki, uşaqevində böyüyən Samir ondan imtina edən valideynlərindən danışıb:

“Körpə vaxtı ağır xəstə olduğum üçün valideynlərim məndən imtina ediblər. Anam da, atam da böyük vəzifəli şəxslər olub. Atam ixtisasca mühəndis, anam isə diplomat olub. Məndən qanuni şəkildə imtina ediblər.

Bu da mənim taleyimdir. Çətinliklə xəstəliyin öhdəsindən gəldim. Əgər ayağa dura bilməsəydim ya əlillər evinə, ya da dəlixanaya göndərəcəkdilər. Valideynlərimi heç vaxt axtarmadım. Heç biri mənə lazım deyil" (gecce.az).

OXŞAR XƏBƏRLƏR