"Samirəni alim edənlər utansın" - Elçin Əlibəylidən sərt mesaj

"Samirəni alim edənlər utansın" - Elçin Əlibəylidən sərt mesaj
MAQAZİN
23:48 04.10.2018
9225
Aparıcı Elçin Əlibəyli aşıq Samirə Əliyeva haqda qalmaqallı açıqlama verib.

"Səhər-səhər" proqramında qonaq olan Samirə barədə gözlənilməz iddia irəli sürüb. 

E.Əlibəyli bildirib ki, verilişində aşıq Samirəyə səsləndirdiyi sual və onun cavab verə bilməməsi montaj olunaraq, çıxarılıb:

"Görün bir müğənni telekanala necə təzyiq edə bilir! Montaj olunsa da, fikrimi burada deyirəm. Monoqrafiya sözünün mənasını bilməyən Samirəni alim edənlər əməllərindən utansınlar!"

Qeyd edək ki, aşıq Samirə Əliyeva 2005-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətindən dərs deyir. Sənətşünaslıq elmi üzrə fəlsəfə doktorudur.

///Axşam.az
OXŞAR XƏBƏRLƏR